İdmançıların muzeylərə ziyarətləri davam etdirilir.

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.

      Dünən Karate-do, Şərq Döyüşü Sənəti və Voleybol federasiyaları üzvlərinin müvafiq olaraq Naxçıvan Dövlət Tarix Muzeyinə, Xatirə Muzeyinə və Dövlət Bayrağı Muzeyinə ziyarətləri təşkil olunub.

   Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının məşqçilərinə və idmançılarına bildirilib ki, 1924-cü ildə fəaliyyətə başlayan muzeydə qədim, orta əsrlər və müasir dövrü əhatə edən 49 minə yaxın eksponat qorunub saxlanılır. 10 şöbədən ibarət olan ekspozisiyada müxtəlif tarixi dövrlərə aid məişət əşyaları və əmək alətləri, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Həmçinin muzeydə xalçaçılıq, zərgərlik, misgərlik,

Ardını oxu...

“Maddi – mədəniyyət nümunələrinin qorunmasında muzeylərin rolu” mövzusunda tədbir keçirilmişdir.

     Dünən Naxçıvan Dövlət Tarix Muzeyində “Maddi-mədəniyyət nümunələrinin qorunmasında muzeylərin rolu” mövzusunda tədbir keçirilmişdir.

     Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva açaraq bildirmişdir ki, muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır.

     Qeyd edilmişdir ki, ölkəmizdə muzey işinin təşəkkül tapması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan mədəniyyətinin böyük hamisi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, respublikamızın bütün bölgələrində yeni muzeylər yaradılmışdır.

     Muxtar respublikamızda da muzeylər şəbəkəsinin genişləndirilməsinə, muzey işinin inkişafına böyük qayğı göstərilir.

Ardını oxu...

Muzey bələdçiləri üçün məşğələ.

     Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində muzey bələdçiləri üçün təcrübə məşğələsi keçirilib.

     Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hazırda muxtar respublikada 28 müxtəlif profilli muzey fəaliyyət göstərir. Muzeylərimizə bu gün xüsusi diqqət və qayğı göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Bu gün keçirilən seminarda əsas məqsəd muzey bələdçilərinin peşəkarlığının artırılmasına metodik kömək göstərməkdən ibarətdir. Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,

Ardını oxu...

Muzeylərə kollektiv gedişlər davam edir.

     Muzeylər keçmişimizi özündə yaşadan maddi və mənəvi sərvətlərimizin saxlanc yeridir. Buna görə də tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsində və təbliğində muzeylər mühüm əhəmiyyətə malikdir. Muzeylərlə əlaqələrin daha mütərəqqi yollarla inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 19 dekabr tarixdə “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama uyğun olaraq, muxtar respublikada dövlət orqanlarında çalışan kollektivlər muzeylərdə olur, tarixi keçmişimizin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla, eləcə də görkəm­li şəxsiyyətlərimizin həyat və fəaliyyətləri ilə tanış olurlar.

     Bu tədbirlərin davamı kimi martın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.

Ardını oxu...

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan.

     Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı 28 May – Respublika Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan” mövzusunda elmi-praktik konfrans keçirmişdir.

     Konfransı giriş sözü ilə açan muzeyin direktoru Nizami Rəhimov 1918-ci il mayın 28-də yaradılmış və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulamışdır.

   Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, professor Fəxrəddin Səfərli “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru,

Ardını oxu...

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

113944
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
28
23
367
912
113944

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet