"44 günlük Vətən Müharibəsi şanlı tariximizdir" mövzusunda tədbir keçirilib

26 sentyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində Anım Gününə həsr olunmuş "44 günlük Vətən Müharibəsi şanlı tariximizdir" mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyeva açaraq bildirmişdir ki, 44 gün davam edən Vətən Müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Biz bundan sonra da müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq.

Ardını oxu...

Yeni eksponatların təqdimatı olub.

     Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı keçirilən tədbiri muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi ­Nizami Rəhimov açıb. 

     Vurğulanıb ki, digər muzeylər kimi, Naxçıvan Dövlət Tarix Muzeyinin də fondu ildən-ilə zənginləşir. Bunun nəticəsidir ki, 2018-ci ildə muzeyə 346 eksponat daxil olmuşdursa, cari ilin I yarısında muzey fondu 529 eksponatla daha da zənginləşdirilib.

     Qeyd olunub ki, bu gün muzeyə İkinci Dünya müharibəsi veteranlarından, mərhum Adil Cəfərova və Yunis Qasımova aid 340 eksponat təqdim olunur. Bu eksponatlar içərisində hər iki veteranın təltif olunduğu orden və medallar, onların vəsiqələri, tarixi sənədlər, foto­şəkillər, xəritə-sxemlər və digər şəxsi əşyaları vardır. 

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyinə yeni eksponatlar təqdim edilib.

     Naxçıvan Dövlət Tarix Muzeyinə Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Aşağı Buzqov kənd sakini Elman Bayramov, Naxçıvan şəhər sakinləri Hüseyn Kazımov və Rəcəb Rəcəbov tərəfindən qədim tariximizə, zəngin mədəniyyətimizə aid 241 yeni eksponat təqdim edilib. 

     Bu münasibətlə mayın 2-də Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylər xalqımızın keçmişini özündə yaşadan, ötən əsrlərin müxtəlif tarixi hadisələrindən xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, nümayiş və təbliğ edən maddi-mənəvi xəzinədir. 

     Qədim diyarımızda da muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini

Ardını oxu...

“Naxçıvan Dövlət Tarix Muzeyi və Mirbağır Mirheydərzadə” mövzusunda tədbir keçirilib.

     Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov açaraq muzeyin təşəkkülü və inkişafı istiqamətində Mirbağır Mirheydərzadənin həyata keçirdiyi tədbirlər haqqında danışıb.

     Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva çıxış ediblər. 

     Çıxışlarda qeyd olunub ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış Mirbağır Mirheydər oğlu Mirheydərzadə mənalı həyatının 15 ilə yaxın bir dövrünü Naxçıvanda muzey quruculuğu işinə həsr edib.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyinə 156 eksponat təqdim olunub.

     Noyabrın 8-də Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayonunun Gilançay kənd sakini Xəyal Fətəliyev, Naxçıvan şəhər sakini Sədi Məmmədov, Babək rayon sakini İnayət Fətullayev, Şahbuz şəhər sakini Şahin Orucov, Culfa rayonunun Ərəzin kənd sakini Mahmud Zeynalov tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən mis və saxsı məişət əşyaları, kənd təsərrüfatı alətləri, toxuculuq alətləri və sair olmaqla, 156 eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.

     Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri fəallıq göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-dən çox, bu ilin 9 ayı ərzində isə 993 eksponat daxil olub. 

Ardını oxu...

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

113932
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
23
355
900
113932

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet