"44 günlük Vətən Müharibəsi şanlı tariximizdir" mövzusunda tədbir keçirilib

26 sentyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində Anım Gününə həsr olunmuş "44 günlük Vətən Müharibəsi şanlı tariximizdir" mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyeva açaraq bildirmişdir ki, 44 gün davam edən Vətən Müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Biz bundan sonra da müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq.

 

Giriş sözündən sonra şəhid Rəcəbov Vaqifin anası Rəcəbova Məryəm "Şəhidlər ölməz, Vətən bölünməz!", muzeyin baş fond mühafizi Tünzalə Məmmədova "II Qarabağ Müharibəsi Azərbaycanın şanlı tarixidir", muzeyin baş elmi işçisi Nərminə Allahverdiyeva "II Qarabağ Müharibəsi və "Dəmir yumruq" əməliyyatı mövzularında çıxışlar ediblər.

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

113947
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
31
23
370
915
113947

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet