Muzey bələdçiləri üçün seminar-treninqlər davam etdirilir.
Muxtar respublikamızda fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbirin ünvanı Naxçıvan Dövlət Tarix Muzeyi olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqi giriş sözü ilə açan Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov bildirib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsinə göstərilən qayğını müxtəlif istiqamətlərdə görmək olar. Belə mədəniyyət müəssisələri üçün müasir tələblərə cavab verən yeni binalar inşa olunur, onların maddi-texniki bazası möhkəmləndirilir. Muzeylərimizə ixtisaslı bələdçilərin işə götürülməsi diqqət mərkəzində saxlanılır.
Ardını oxu...