Muzeylər ziyarət olunur.

     “Muzey günləri” çərçivəsində martın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.

     Məlumat verilmişdir ki, 1924-cü ildə fəaliyyətə başlayan muzeydə qədim, orta əsrlər və müasir dövrü əhatə edən 49 minə yaxın eksponat qorunub saxlanılır. 10 şöbədən ibarət olan ekspozisiyada müxtəlif tarixi dövrlərə aid məişət əşyaları və əmək alətləri, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Həmçinin muzeydə xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri, eləcə də Naxçıvanın müasir inkişafını əks etdirən zəngin materiallar nümayiş etdirilir.

    Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Ali Məhkəmənin kollektivləri də Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.

     Naxçıvan Muxtar Respublikası Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin kollektivləri Dövlət Bayrağı Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyini, İqtisadiyyat, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksini, Rabitə və Yeni Texnologiyalar, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin kollektivləri Xatirə Muzeyini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev-muzeyini, Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin kollektivləri isə Bəhruz Kəngərli Muzeyini ziyarət etmişlər. Həmçinin Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitələrinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Baytarlıq Xidmətinin kollektivləri Naxçıvan Dövlət Rəsm Qalereyasında, Mərkəzi Seçki Komissiyası, Dövlət Sosial Müdafiə Fondu və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Arxiv İdarəsinin və Dini Qurumlarla İş üzrə İdarənin kollektivləri Ədəbiyyat Muzeyində, Dövlət Statistika, Meliorasiya və Su Təsərrüfatı komitələrinin, Televiziya və Radio Şurasının, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və “Şərq qapısı” qəzetinin kollektivləri isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuş, ətraflı məlumatlar almışlar. 

     Muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeylərdə olmuşlar.

“Şərq qapısı”

 

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

110911
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
19
100
119
649
110911

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet