Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Dünən Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Nizami Rəhimov açaraq “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və kəşməkəşli tarixi inkişaf yolu keçmişdir. Vaxtilə coğrafi cəhətdən Azərbaycanın mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhədi ləğv olunmuşdur. Erməni daşnakları böyük güclərin dəstəyi ilə yaranmış bu şəraitdən yararlanaraq Naxçıvanı işğal etməyə çalışmışlar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin arzularının reallaşmasına imkan verməmişdir. Naxçıvan diyarının əhalisi heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmiş və 1921-ci ilin yanvarında keçirilən rəy sorğusunda mahalın
Ardını oxu...