Tarix Muzeyində açıq dərslərin keçilməsinə başlanılıb.

     Dünən Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Tarix Muzeyində olub, “Heydər Əliyev irsini öyrənirik” mövzusunda açıq dərsdə iştirak ediblər. 

     Açıq dərsdə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Nizami Rəhimov deyib ki, ümummilli liderimizin fəaliyyəti Azərbaycanın bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə onun Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsası qoyulub.

     Açıq dərsdə muzeyin şöbə müdiri Nərminə Allahverdiyeva deyib ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər

məhz dahi rəhbər Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və dövlətimizin qurucusu kimi daxil olub. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək. Həyatımızın elə bir sahəsi yoxdur ki, ulu öndərimizin rəhbərliyi illərində orada inkişafa nail olunmasın. Bu inkişaf sadəcə olaraq prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü büruzə verir. Bu baxımdan hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə də aşılamaq olduqca vacibdir.

     Sonra şagirdlər ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Şərəfli ömrün anları” adlı fotostendə baxıb, muzeydə sərgilənən eksponatlarla tanış olublar. Muzeyin bələdçisi Samirə Bağırova şagirdlərə muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi-mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və digər eksponatlar haqqında ətraflı məlumat verib.

     Məlumat üçün bildirək ki, Tarix Muzeyində açıq dərslərin keçilməsi aprel ayının sonunadək davam etdiriləcək.

Səbuhi HÜSEYNOV

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

110913
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
21
100
121
651
110913

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet