Muzey bələdçiləri üçün seminar-treninqlər davam etdirilir.

     Muxtar respublikamızda fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbirin ünvanı Naxçıvan Dövlət Tarix Muzeyi olub.

     Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqi giriş sözü ilə açan Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov bildirib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsinə göstərilən qayğını müxtəlif istiqamətlərdə görmək olar. Belə mədəniyyət müəssisələri üçün müasir tələblərə cavab verən yeni binalar inşa olunur, onların maddi-texniki bazası möhkəmləndirilir. Muzeylərimizə ixtisaslı bələdçilərin işə götürülməsi diqqət mərkəzində saxlanılır.

 

      Nazirliyin əməkdaşı Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Bildirilib ki, belə seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Bu baxımdan ötən il muxtar respublikanın muzey şəbəkələri üçün təşkil edilən 11 muzey-treninq əhəmiyyətli olub. Muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat alıblar. 

     Sonra Naxçıvan Dövlət Tarix Muzeyində muzey bələdçilərinin təqdimatında Azərbaycan, rus və ingilis dillərində ekspozisiyaya baxış olub və ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.


Əli Rzayev

 

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

113978
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
51
401
946
113978

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet