“Maddi – mədəniyyət nümunələrinin qorunmasında muzeylərin rolu” mövzusunda tədbir keçirilmişdir.

     Dünən Naxçıvan Dövlət Tarix Muzeyində “Maddi-mədəniyyət nümunələrinin qorunmasında muzeylərin rolu” mövzusunda tədbir keçirilmişdir.

     Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva açaraq bildirmişdir ki, muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır.

     Qeyd edilmişdir ki, ölkəmizdə muzey işinin təşəkkül tapması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan mədəniyyətinin böyük hamisi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, respublikamızın bütün bölgələrində yeni muzeylər yaradılmışdır.

     Muxtar respublikamızda da muzeylər şəbəkəsinin genişləndirilməsinə, muzey işinin inkişafına böyük qayğı göstərilir.

Hazırda regionumuzda 29 müxtəlif profilli muzey fəaliyyət göstərir ki, bu muzeylərdə də 112 minə yaxın maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır. 

     Bildirilmişdir ki, belə mədəniyyət müəssisələrinə göstərilən yüksək dövlət qayğısı həm də muzey işçilərinin məsuliyyət hissini artırır. Maddi-mədəniyyət nümunələrinin qorunması, onların bərpa edilməsi, geniş tamaşaçı kütləsinə tanıtdırılması muzey işçilərinin gündəlik vəzifəsidir.

     Sonra mövzu ilə bağlı müzakirə aparılmışdır. Müzakirələrdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökumə Məmmədli, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktor əvəzi Yaqut Mehdiyeva, Hüseyn Cavidin ev-muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov çıxış edərək maddi-mədəniyyət nümunələrinin qorunub mühafizə olunması ilə bağlı fikirlərini bildirmişlər. 

     Vurğulanmışdır ki, muzey eksponatlarının sıradan çıxmasının səbəbləri vaxtında aradan qaldırılmalıdır. Bunun üçün dövlət muzeylərində saxlanılan muzey sərvətlərinin uçotu və mühafizəsinə dair təlimata əsaslanmaq lazımdır. Müxtəlif eksponatlar fərqli üsullarla mühafizə edilib qorunmalıdır.

Əli RZAYEV

 Naxçıvan şəhəri, İstiqlal küçəsi 92

 

 tarixmuzeyi@nakhchivan.az 

 

(+994 36) 545 01 39

 

(+994 36) 545 01 36

 

113975
Bugün
Dünən
Bu həftə
Bu ay
Ümumi
8
51
398
943
113975

© 2020 Bütün hüquqlar qorunur. Dizayn və proqramlaşdırma Nakhinternet